Şabran rayon Mərkəzi kitabxanası

Şabran rayon MKS
Xəbərlər
22 Dekabr , 2016

Həsən Mehdi oğlu Seyidbəyli  22 dekabr   1920 - 25 iyun  1980.

Həsən Seyidbəyli 1938-1939-cu illərdə Leninqrad Kino Mühəndisləri İnstitutunda, 1943-1951-ci illərdə Moskvada Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun kinorejissorluq fakültəsində təhsilalmışdır."Azərbaycanfilm" kinostudiyasında kinorejissor, 1963-1980-ciillərdə Azərbaycan Kinematoqrafçılar İttifaqının katibi və sədrivəzifəsində işləmişdir. "İmtahan", "Qızıl axtaranlar", "Bağlı qapılar" adlı dram əsərləri Azərbaycanda və xaricdə səhnəyə qoyulmuşdur. "Kür sahillərində" (1953), "Bizim Astrada" (1956), "Telefonçu qız" (1960) povestləri, "Cəbhədən-cəbhəyə" (1961), "İllər keçir" (1973, İ.Qasımovla birgə), "Tərsanə" (1975), "Çiçək" (1978) romanları, "Dəniz cəsurları sevir" (1954), "Sən nə üçün yaşayırsan" (1959, hər ikisi İ.Qasımovla birgə) pyesləri müasirlərinin əməyindən, mənəvi-əxlaqi saflığından bəhs edir. "Uzaq sahillərdə" (1954, İ.Qasımovla birgə) romanı Sovet İttifaqı Qəhrəmanı M.Hüseynzadəyə həsr olunmuşdur. Əsərləri bir sıra xarici dillərə tərcümə edilmişdir.

Həsən Seyidbəyli ictimai xadim kimi də Azərbaycan kinosunun inkişafına böyük təkan vermiş, 1963-1975-ci illərdə Azərbaycan Kinematoqrafçılar İttifaqı İdarə heyətinin I katibi, 1975-1980-ci illərdə sədri vəzifəsində çalışmışdır.

Filmləri Ümumittifaq Kino festivallarında mükafat və diplomlara layiq görülmüşdür.

 

Doğma xalqıma (film, 1954)

Əyri yolla qazanc (film, 1960)

Xoşbəxtlik qayğıları (film, 1976)

İmadəddin Nəsimi (1973)

Kamillik (film, 1979)

Kinorejissor Həsən Seyidbəyli (film, 2002)

Qaraca qız (film, 1966)(film, kinoalmanax)

Qızmar günəş altında (film, 1957)

Quba bağlarında və Tərtərçay vadisində (film, 1949)

Möcüzələr adası (film, 1963)

Nəsimi (film, 1973)

O qızı tapın (film, 1970)

Onun bəlalı sevgisi (film, 1980)

Ömrün səhifələri (film, 1974)

Rənglərdə yaşayan kino (veriliş, 2009)

Sağ ol, dostum (film, 1980)

Sən niyə susursan? (film, 1966)

Sovet Azərbaycanı (film, 1972)

Telefonçu qız (film, 1962)

Toral və Zəri (film, 1979)

Uzaq sahillərdə (film, 1958)

Yolda əhvalat (film, 1960)