Şabran rayon Mərkəzi kitabxanası

Şabran rayon MKS
Tədbirlər
31 Oktyabr , 2017

     31 Oktyabr 2017 – ci il tarixində Şabran rayon MKS – nin 15 saylı Günəşli kənd kitabxanası “Səyyar kitabxana”  xidməti  keçirdi.  Kitabxananın müdiri Səlimə Nəzərova kitabxanaya gəlmək imkanı olmayan, üç ailəyə  kitabla xidmət göstərdi. Bu ailələr  Ağagül Məmmədov , Məhəbbət Abdullayeva , Süleyman Əlifovlardır.  Onlara Məmməd Arazın “Seçilmiş əsərləri”, “El çələngi”, Süleyman Rəhimovun “Şamo”, Bəxtiyar Vahabzadənin “Seçilmiş əsərləri”, Sabir Rüstəmxanlının “Seçilmiş əsərləri” və s...əsərlər təqdim olunmuşdur. Onlardan 4 nəfəri kitabxanaya yeni oxucu kimi qeydə alınmışdır.